Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Pirallahı rayonunda kempo idman növü üzrə respublika turniri keçirilib.
YAP Pirallahı rayon təşkilatının və Azərbaycan Kempo Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirə respublikanın bir çox bölgələrindən 108 idmançı qatılıb.
Yarışın açılışında çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın mühüm rolundan danışıb. Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edən H.Şikarov idmançılarımızın Olimpiya, Avropa və dünya çempionatlarındakı parlaq qələbələr qazandıqlarını vurğulayıb.
Azərbaycan Kempo Federasiyasının prezidenti, Əməkdar Məşqçisi Rauf İbrahimov çıxışında idmanın bu növünün ölkəmizdə inkişafı istiqamətində görülən işlərdən, təşkil olunan yarışlardan danışıb, idmançılara uğurlar arzulayıb.
Turnirin sonunda qaliblərə YAP Pirallahı rayon təşkilatının və Federasiyanın fəxri fərman, kubok və medalları təqdim olunub.
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...