YAP-ın yaranmasının 25-ci illiyi münasibətilə Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verilib, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunub, irimiqyaslı tədbirlər həyata keçirilib. Ulu Öndərin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir.
Dövlət başçısının respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq, həmçinin, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə YAP Nizami rayon təşkilatının və Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə təhsili Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə təhsili Mərkəzinin direktoru Qalib Həsənov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Belə ki, rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənib, mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 250-dən çox müxtəlif növ ağac və kollar əkilib.
Məqsəd ərazidəki yaşıllıq zolağını genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə dövlət başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində gündən-günə gözəlləşən paytaxtımızın istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən təmiz olan ən gözəl şəhərləri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir.
Ağacəkmə aksiyasından sonra Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə təhsili Mərkəzinin tələbələri ilə görüş olub.
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...