Dilarə Cəbrayılova: " Azərbaycan YAP-ın daha böyük qələbələrinə şahidlik edəcək.”

23:55 21-11-2017 | icon 904
Dilarə Cəbrayılova:
loading...

Yarandığı vaxtdan etibarən xalqın, ölkənin milli maraqlarını hər şeydən uca tutan və yalnız bu amallar uğrunda siyasi mübarizəyə qoşulan Yeni Azərbaycan Partiyası şanlı tariximizin
parlaq səhifələrindəndir: 

"Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır."

İllər öncə ümummilli lider Heydər Əliyevin səsləndirdiyi bu fikirlərin nə qədər dolğun, indiki reallıqları əks etdirdiyinin şahidi oluruq.
Müstəqilliyin ilk illərində baş verən hadisələr hər birimizin yadındadır. Qısaca olaraq qeyd etmək lazımdır ki, insanların sabaha inamının olmadığı bir zamanda meydana gələn və az
vaxtda böyük bir qüvvəni ətrafında toplamağı bacaran Yeni Azərbaycan Partiyası müstəqilliyin qorunub saxlanması və daha da
möhkəmlənməsində misilsiz işlər gördü. Məhz ulu öndər Heydər Əliyevin sədrliyi ilə yaranan və dahi şəxsiyyətin ideyaları əsasında uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində iqtidar partiyasına çevrildi.

Bu gün istər Azərbaycan, istərsə dünya siyasi sistemində
kifayət qədər partiya mövcuddur. Ancaq
onların çox az hissəsi qarşıya qoyulan hədəflərə çatıb. Təbii ki, partiyaların siyasi fəaliyyətlərində uğur qazanmalarının əsas
səbəblərindən biri bilavasitə onların liderləri ilə bağlıdır. Bu mənada Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin qətiyyəti, uzaqgörənliyi və müdrikliyi sayəsində Yeni Azərbaycan Partiyası
uzunmüddətli inkişaf yoluna qədəm qoyaraq monolit, nüfuzlu siyasi təşkilata çevrilib. Dahi şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan
Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” kəlamı da bu həqiqəti bir daha təsdiq edir.

Bu gün Heydər Əliyev ideyalarını uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsinə qədəm
qoyub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, gündən-günə yeniləşən YAP-ın sıralarında gənclərin sayı durmadan artır. Bu onu göstərir ki, partiyanın ideoloji xətti, yürütdüyü siyasət
cəmiyyətin bütün təbəqələri, ümumilikdə xalqımız tərəfindən dəstəklənir. Möhtərəm Prezidentimizin “Yeni Azərbaycan Partiyası
sözün əsl mənasında xalq partiyasıdır” fikirləri dediklərimizin təsdiqi kimi real həyatda da əksini tapır.

Yeni Azərbaycan Partiyası uzun illərdir ölkədə keçirilən bütün siyasi kampaniyalarda böyük qələbə qazanır. Bu ondan irəli gəlir ki,
partiyanın güclü sosial bazası var. İnsanlar YAP-ı dəstəkləməklə Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin gələcək inkişafa
hesablanmış mütərəqqi siyasətinə sadiqliklərini nümayiş etdirirlər.

"Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik,
inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilib.” 

Möhtərəm Prezidentimiz İlham Əliyevin partiyanın fəaliyyəti ilə bağlı səsləndirdiyi bu fikirlər sözdə deyil, əməldə görülən işlərin ifadəsidir.

Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta regionun ən böyük siyasi təşkilatına çevrilib.

Bu gün YAP dünyanın nüfuzlu partiyaları, təşkilatları ilə uğurla əməkdaşlıq edir. Bununla yanaşı, partiya rəhbərliyinin təşəbbüsü ilə
ölkəmizdə beynəlxalq tədbirlər keçirilir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, Yeni
Azərbaycan Partiyasının siyasi kursunun əsasında dövlətçilik, milli maraqlar kimi taleyüklü məsələlər dayanır. Ötən 24 il ərzində
Yeni Azərbaycan Partiyası daim Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirib, bir an olsun belə bu yoldan dönməyib. Şübhəsiz ki, bu uğurlu siyasət hələ bundan sonra uzun illər davam edəcək və müstəqil Azərbaycan YAP-ın daha böyük qələbələrinə şahidlik edəcək.

Dilarə Cəbrayılova, Millət vəkili, 295 saylı tam orta məktəbin direktoru


Digər xəbərlər

0.23248791694641