Lütvəli Babayev videodan danışdı: "Montajdır..."

16:53 13-02-2017 | icon 1502
Lütvəli Babayev videodan danışdı: "Montajdır..."
loading...

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirak etdiyi məclislərin birində söylədiyi nitqlə gündəmə gəlib

Sosial şəbəkələrdə L.Babayevin el şənliyində etdiyi çıxışın videosu yayılıb. Videogörüntüdə L.Babayev ölkə başçısı haqqında xoşagəlməz fikir söylədiyi əks olunub.

Lütvəli Babayev məsələ ilə bağlı Azeripress.az saytına açıqlama verib.

O, bildirib ki, görüntülər montajdır: "Əvvəlcə baxın ki, həmin görüntüləri kimlər yayıblar. Sancaq səhifəsi və Mehman Hüseynov artıq üçüncü dəfədir ki, mənimlə bağlı böhtan xarakterli sujetlər hazırlayırlar. Xatırlayırsızınsa bundan əvvəl aprel şəhidimizlə və kəndlərdə qaz çəkilişi ilə bağlı sujetlərdə məni hədəf seçmişdilər. İndi də bu video. Yayılan görüntülər xalam oğlunun toyunda çəkilib. Toyun original çəkilişi də var. Yayılan görüntülər isə rayonda aparılan abadlıq- quruculuq işlərinə kölgə salmaq istəyən bəzi adamlar tərəfindən montaj olunaraq sosial mediada yayılıb."

REDAKSİYADAN: Çox təssüflər olsun ki, Lütvəli Babayevin müsbət fəaliyyətini gözü götürməyən, uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də özlərinin xeyrinə iş görsünlər.


Digər xəbərlər

0.39378499984741