Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

12:28 17-11-2017 | icon 5490
Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Noyabrın 16-da Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək Ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Görkəmli aftolmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.

BSU-da keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra YAP-ın yaranmasının 25 illik yubileyinə həsr olunmuş video-çarx nümayiş etdirilib. Həmçinin, şagirlərin ifasında Azərbaycan dövlətçiliyi və YAP haqqında şeirlər səsləndirilib.

Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva tədbirdə çıxış edərək bildirib ki, bu günlər xalqımız partiyamızın yaradılmasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd edir. Bunun çox böyük mənası var. 1992-ci il tariximiz üçün, xalqımız üçün sınaq dövrü idi. Çünki Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İnsanlar həmin dövrdəki rəhbərliyin qurtuluş yolu tapacağına inanmırdılar. Ona görə də ölkədə təbəddülatlar, hərc-mərclik baş alıb gedirdi. Məhz belə bir dövrdə insanların mənəvi gücünü səfərbər etmək üçün Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratdı. Ulu öndər əmin idi ki, bu partiyanın sıralarına məhz ölkənin ən kamil, vətənpərvər, ziyalı insanları daxil olacaq.
Nurlana Əliyeva qeyd edib ki, Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına, dərin müşahidəsi və həyati biliyinə bələd idi. Odur ki, bu zərif, həm də çox güclü zümrənin dövlətçiliyimizin və müstəqilliyimizin çətin yollarında böyük dayaq olacağına inanırdı. Bu inam ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı.
“Bir zamanlar YAP ümid partiyası idi, indi isə inam partiyasıdır”, - deyən N.Əliyeva bildirib ki, Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyi qazanmaq asandır, onu qoruyub saxlamaq isə daha çətindir. Müstəqilliyimizin qorunub saxlanılmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Bu gün Azərbaycan dünyada böyük nüfuz qazanan bir ölkəyə çevrilib.
N.Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti, YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin hər bir qadın üçün örnək olduğunu deyib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan qadınları tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulayıb.

Daha sonra ərazi ilk partiya təşkilatının sədri Sevinc Axundova və BSU-nun magistrantı Könül Əlizadə çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatında oynadığı roldan bəhs ediblər.

Tədbirdə YAP Siyasi Şurasının üzvü, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, partiyanın fəaliyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial rifahının yaxşılaşmasına gətirib çıxarıb. Asif Əsgərov Yeni Azərbaycan Partiyasının xalqımızı öz ətrafına toplayaraq ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini vurğulayıb.

Partiyanın yaranmasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib  Yeni Azərbaycan Partiyası 1992-ci ildə zərurətdən yarandı: “O dövrdə Azərbaycanda çoxpartiyalı sistem hələ təzə-təzə formalaşırdı. Kimlər isə din adından sui-istifadə edərək partiya yaradırdılar. Ancaq xalq yaxşı başa düşürdü ki, onlardan heç biri Azərbaycanı üzləşdiyi çətinliklərdən qurtarmaq iqtidarında deyil. Xalqımız problemlərdən çıxış yolunu məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Doğrudur, partiya yaradılanda güclü təzyiqlər olurdu, amma buna baxmayaraq, biz geri çəkilmədik. 91 ziyalının partiya yaradılması ilə bağlı müraciətinə Ulu öndərimiz müsbət cavab verdi”.
Ümummilli lider Heydər Əliyevin “YAP – dünənin, bu günün, gələcəyin partiyasıdır” fikrini xatırladan S.Novruzov vurğulayıb ki, YAP fəaliyyət göstərdiyi 25 il ərzində düşünülmüş siyasətə, ağlın, idrakın gücünə və mənəviyyata əsaslanaraq ölkəmizi üzləşdiyi çətinliklərdən, məhv olmaq təhlükəsindən, xaosdan, dövlət çevrilişi cəhdlərindən qoruyub. Bu gün müstəqil Azərbaycan dünyada böyük nüfuza malik ölkə kimi tanınır. Eyni zamanda, YAP Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində ölkəmizin etibarlı gələcəyinin möhkəm, sarsılmaz əsasları yaradılır. 
S.Novruzov diqqəti hazırda dünyada müşahidə edilən gərgin proseslərə yönəldərək ölkəmizdə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasının müstəsna əhəmiyyət daşıdığını bildirib: “İndiki dövrdə dünyada sabitlik ölkələr üçün bir nömrəli məsələyə çevrilib. Belə bir narahat durumda Azərbaycan sabitlik, inkişaf və rifah adası kimi fərqlənir. Əlbəttə, xaricdəki müəyyən qüvvələr tərəfindən ölkəmizə də təzyiq cəhdləri olur. Ancaq YAP Sədri, Prezident İlham Əliyevin yürütdüyü müstəqil, milli mənafeyə və xalqın iradəsinə əsaslanan siyasəti sayəsində bu təzyiqlərin qarşısı alınaraq ölkənin dinamik sosial-iqtisadi inkişafı təmin edilir”.
YAP-ın Azərbaycan dövlətinin müstəqilliyinin qarantı olduğunu deyən S.Novruzovun sözlərinə görə, partiyamızın üzvləri müstəqil ölkəmizin inkişafında aktiv iştirak edirlər. Bu gün Azərbaycanın inkişaf edərək güclü dövlətə çevrildiyini söyləyən YAP İcra katibinin müavini qeyd edib ki, ötən 25 ildə qazanılan yüksək nailiyyətlərin arxasında Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyavnın əməyi dayanır.

S.Novruzov partiya sıralarında gənclərin və qadınların fəallığının da artıdığını bildirib. Xüsusilə qadınların ümumilikdə partiya üzvlərinin 50 faizə qədərini təşkil etdiyini deyən natiq YAP Qadınlar Şurasının fəaliyyətini yüksək qiymətləndirib.

Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim olunub.

   


Digər xəbərlər

0.30361199378967