Bakı şəhəri Qaradağ Rayonunun İcra Hakimiyyəti  ilə Çin Xalq Respublikası Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında Ələt qəsəbəsində “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.

15:24 20-11-2017 | icon 3493
Bakı şəhəri Qaradağ Rayonunun İcra Hakimiyyəti  ilə Çin Xalq Respublikası Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında Ələt qəsəbəsində “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.

Bakı şəhəri Qaradağ Rayonunun Ələt qəsəbəsində 1000 ha ərazidə,
ümumi dəyəri ilkin olaraq 2 (iki) milyard manat olmaqla “Azərbaycan-Çin
Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması məqsədilə Qaradağ Rayon
İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və Şenjen şəhər
Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Chen Zhiyong
Saziş imzaladılar.
Sazişə əsasən “Tərəflər” Azərbaycanda yaradılmış əlverişli biznes və
investisiya mühitindən, eləcə də mövcud xammal və təbii resurslardan
səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi,
müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsini tətbiq etməklə
ağır, yüngül sənaye, tikinti, yüksək texnologiyalar və kənd təsərrüfatı
sahələrinin qurulması, Logistika Mərkəzlərinin və xidmət sahələrinin
yaradılması, “Made in Azerbaijan” brendi ilə rəqabətqabiliyyətli
ixracyönümlü məhsulların potensialının artırılması, eyni zamanda potensial
Çin şirkətlərinin Azərbaycan bazarlarına inteqrasiya olunması və gələcəkdə
“Sənaye Şəhərciyində” istehsal olunacaq məhsulların xarici ölkələrin
bazarlarına ixrac olunması əsas hədəflər olaraq müəyyən olunmuşdur.
Nəzərdə tutulan layihənin icra müddəti 4 (dörd) illik dövrü əhatə edir.
Birinci il ərzində ərazidə texniki-layihələndirilmə işlərinin aparılması və
infrastrukturun salınması, ikinci ildə tikinti işlərinin aparılması və bir neçə
sektor üzrə istehsal sahələrinin istifadəyə verilməsi və növbəti illərdə isə
layihə üzrə nəzərdə tutulmuş bütün istehsal və xidmət sahələrinin tikintisinin
tam başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Bu saziş üzrə layihənin icra müddəti tam başa çatdıqdan sonra minlərlə
yeni iş yerlərinin açılması, ölkəmizin iqtisadi və ixrac potensialının
gücləndirilməsinə və “Made in Azerbaijan” brendinin dünya bazarlarına
inteqrasiya olunmasna geniş zəmin yaradacaqdır.


Digər xəbərlər

0.31272912025452