Gəncə günü-gündən gözəlləşir
2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin paytaxtı elan edilmiş Gəncə şəhəri günü-gündən gözəlləşir.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Gəncə şəhərində aparılan abadlıq-quruculuq istiqamətində görülən işlər şəhər sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanır.
Azərbaycanın ikinci böyük şəhərində abadlıq-yenidənqurma işləri başa çatmaq üzrədir.
Artıq Gəncə Dövlət Filarmoniyası, "Gəncə Mall" Ticarət mərkəzi “Grand Qafqaz” bazar kompleksi sakinlərin ixtiyarına verilib.
Gəncə şəhərinin İcra başçısı Elmar Vəliyev şəhərin mərkəzi ilə yanaşı, şəhərətrafı qəsəbələrə də xüsusi diqqətlə yanaşır. Belə ki, bu istiqamətdə son olaraq Gəncənin Gülüstan qəsəbəsində yenidənqurma və təmir-bərpa işləri görülüb. Burada Mirzə Şəfi Vazeh irsinin və yaradıcılığının yaşadılması üçün 1 hektarlıq park salınıb. Parkın ərazisində şairin 2 mərtəbəli ev muzeyi inşa edilib və heykəli qoyulub, onun arxasında isə xüsusi kompazisiya yaradılıb. Bundan başqa, Əziz Əliyev adına park da Gülüstan qəsəbəsi sakinlərinin istifadəsinə verilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin tapşırığına əsasən, Gülüstan qəsəbəsində yerləşən 13 saylı körpələr evi-uşaq bağçasında təmir işləri başlanılıb. Təmir işləri çərçivəsində 13 saylı uşaq bağçasının korpusunda kanalizasiya xətləri, istilik sistemi yenidən çəkilir, bağçanın pəncərələri yenilənir. Daxildə isə kosmetik işlər görülür. Əsaslı təmir çərçivəsində qrup otaqlarının geniş və işıqlı olması nəzərə alınır.
Qeyd edək ki, Gəncə şəhərində aparılan əsas işlərdən biri də su-kanalizasiya layihəsidir. Bu layinə ilə şəhər sakinlərinin kommunal sahədə mövcud olan problemləri müsbət həllini tapacaq.
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...