Jurnalist “Azercell”i atıb, “Nar”a keçdi – “İndi yol göstər, nömrəmi “Nar”a daşıyım”
Jurnalist Məhəmməd Türkmən “Azercell” mobil şəbəkəsinin iş prinsipindən narazı olduğu üçün, nömrəsini “Nar”-a daşımaq qərarını verib. Həmkarımız bunun səbəbini “Azercell”ə yazdığı məktubda izah edib. Həmin məktubu təqdim edirik:
“Hörmətli “Azercell”. Sənə inanıb, daha yaxşı şəbəkəyə sahib olduğunu düşünüb, xidmətlərindən baha olmasına rəğmən istifadə edirəm. Amma artıq görürəm ki, geri qalırsan. Metroda sağımda @Narofficial istifadəçisi netdə filmə baxır, mən telefonun dalğa tutması üçün qatarın “Gənclikdə” dayanmasını gözləyirəm. Həmin o 5-10 saniyəni ömrümün geridə qalan hissəsini dəyərləndirmədiyim qədər dəyərləndirirəm. Bütün bu səbəbləri göz önünə alıb, ayrılmağa qərar verirəm. Nömrə səndə qalsın, telefon məndə. Mədəni insanlar kimi ayrılaq. İndi yol göstər, nömrəmi “Nar”a daşıyım”.
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...