Ulu öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi

09:07 13-12-2017 | icon 4151
Ulu öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi

Azərbaycan xalqının, bütün türk dünyasının düşünən beyni, görən gözü olan ulu öndər Heydər Əliyev siyasi dünyagörüşü, mənəvi saflığı, zəngin dövlət təcrübəsi ilə bütün dünyanı heyran edən dahi şəxsiyyət kimi,  Azərbaycan dövləti və xalqı üçün böyük işlərə imza atmışdır. Ümummilli lider Heydər Əliyev dövlətçiliyin, azərbaycançılıq ideyasının elmi-nəzəri və təcrübi əsaslarını yaradan görkəmli dövlət xadimi olaraq adını tarixə əbədi olaraq həkk etdi. Belə ki, Azərbaycana rəhbərlik etdiyi fəaliyyəti dövründə misilsiz xidmətləri ilə bu illər ərizində zamana sığmayan ömür salnaməsini əməl və məqsədilə yazdı. Onun bütün sahələrindəki gördüyü işlər ölkənin gələcək həyatını əks etdirdi. 


Dahi öndər Heydər Əliyev həqiqətən də, böyük şəxsiyyət və siyasi lider olduğunu gördüyü işləri ilə tarixin səhifələrində əks etdirdi. Azərbaycanın bütün sahələrində Heydər Əliyev əzəməti göründü və bu gün də Onun şəxsiyyəti məhz əməllərini yaşadan Azərbaycanın bütövlükdə panoramasında özünü göstərir.    


Heydər Əliyevin Azərbaycanın mədəniyyət, siyasət, iqtisadiyyat və digər sahələrində gördüyü işlərin zirvəsində azərbaycançılıq ideyası dayanır. Bu və ya digər sahələrlə yanaşı, səhiyyəyə göstərdiyi diqqət və qayğı da əhalini sağlamlığı, fiziki sağlamlığının möhkəmlənməsi məqsədi daşıyır.

Bu illər ərizində səhiyyədə görülən işlərlə bağlı Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban xanım Qaralova  fikilərini belə bildirdi: 


- İlk olaraq vurğulayım ki, xalqın təkidli tələbi ilə dünya şöhrətli siyasətçi Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə yenidən qayıdışından sonra, Azərbaycan Respublikası tam müstəqil dövlət kimi möhkəmlənmiş, onun dünya miqyasında layiqli yer tutmasına şərait yaratmışdır. Müasir və yeniləşmiş Azərbaycanın memarı və qurucusu  Heydər Əliyev Azərbaycanın bütün sahələrinin inkişafı ilə yanaşı, səhiyyənin də sivil ölkələr səviyyəsinə yüksəlməsinə bütün gücünü sərf etmişdir. İnsanların fiziki və ruhi sağlamlığı ölkənin inkişafında həlləedici rol oynayan amillərdəndir. Bu məqsədlə də Heydər Əliyevin hakimiyyətə qayıdışı, eləcə də, ondan əvvəl sovet imperiyasının tərkibində olduğumuz zamanda Azərbaycan səhiyyəsinə böyük tələbkarlıqla yanaşı, bu istiqamətdə bir çox lahiyələrin gerçəkləşməsi əhalinin sağlamlığına xidmətin əsasında dayanırdı. 
1992-1994-cü illərdəki çətin proqnozlaşdırılan, müvafiq surətdə təşkil edən inflyasiya əhalinin sağlamlığının pisləşməsinə şərait yaratmışdır. Demoqrafik göstəricilərin pisləşməsi ilə yanaşı, təhlükəli infeksion xəstəliklərin dinamikası da mənfi istiqamətdə dəyişmişdi. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi olaraq bir sıra fərman və sərəncamlar imzalandı. Ümummilli liderin 1998-ci il Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı. Elə həmin il ümummilli liderin fərmanı əsasında “Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiq olundu. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qanunvericilik aktlarının və dövlət proqramlarının əməli surətdə həyata keçirilməsi məqsədilə sənədlər işləyib hazırlandı və təsdiq edildi. Son illərdə Azərbaycan hökumətinin gördüyü tədbirlər, tibbi xidmətlərin inkişafı və beynəlxalq humanitar təşkilatların yardımı sayəsində səhiyyənin fəaliyyətini geniş bir sferada artırmışdır. Bütünlükdə səhiyyə sistemində əsaslı islahatın aparılması Azərbaycan dövlətinin geniş iqtisadi və sosial siyasətində ən vacib vəzifələrdən biri kimi müasir həyatımızda nəcəsini vermişdir.
Çox ürəkaçan bir haldır ki, Azərbaycan səhiyyəsinə Heydər Əliyev Fondu tərəfindən diqqət ayrılıb və bunun nəticəsində yeni, müasir standarlara uyğun bir şəkildə səhiyyə müəssisələri inşa olunur, bərpa işləri aparılır. Bunların hər biri müstəqil dövlətimizin uğurudur. Görün, son illərdə istifadə verilən tibb müəssisələrində fiziki sağlamlığını itirmiş nə qədər sayda posiyent müalicə olunur. Fond tərəfindən həyata keçirilən layihələr əsasında  Talassemiya Mərkəzini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və istifadəyə verilən Talassemiya Mərkəzi xəstəliyə düçar olanlar və onların yaxınları üçün bir ümid yerinə çevrilib. Bu mərkəz uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ötən beş ildə ölkəmizdə həyata keçirilən bir çox irimiqyaslı layihələrə dəstək vermişdir. Fond digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarıdır. Onlardan biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir. Bu layihələrin sayı yetərincədir. 


Müasir dövrümüzdə Heydər Əliyev ənənələri yaşayır və səhiyyədə görülən işlər ümummilli liderin məqsədyönlü siyasətinin nəticəsidir.


Digər xəbərlər

0.27259492874146