Altı min manata qədər cərimələnə bilərsiz

20:49 15-12-2017 | icon 4356
Altı min manata qədər cərimələnə bilərsiz

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.Bununla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb. 

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması)maddəsi əlavə edilir.

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Bununla bağlı “Torpaqların münbitliyi haqqında” qanunda da “əkin yeri” anlayışı təsnif olunur.

Layihə səsə qoyularaq qəbul edilib. 


Digər xəbərlər

0.25050592422485