“Neftçi” Rusiya və Ukrayna klubları ilə qarşılaşacaq
“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Bu gündən etibarən istirahətə buraxılan komandanın üzvləri iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər. Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.
Yanvarın 17-dən 31-dək Türkiyənin Antalya şəhərinə yollanacaq komanda Bələkdə otellərdən birində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək. "Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Komanda yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk", 25-də Rumıniyanın "Konkordiya” və Ukraynanın "Çernomorets”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə qarşılaşacaq. Təlim-məşq toplanışında yanvarın 30-da nəzərdə tutulan görüş haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...