UEFA “Kəpəz”in futbolçusuna təşəkkür etdi
UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsindən məktub daxil olub.
Komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli “Kəpəz” PFK-ya, surəti isə AFFA-ya ünvanlanıb. Məktubda Topaz Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununda meydan sahibi komandanın üzvü Viktor Oseqeylin nümayiş etdirdiyi fair-pley nümunəsi təqdir olunub.
Xatırladaq ki, qeyd olunan oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib, Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirb və hakim penalti qərarını ləğv edib.
Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verilib.
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...