“Nigarın arxası yapışdırılmadı...” - Röya rəfiqəsini rüsvay etdi

11:52 18-12-2017 | icon 350
“Nigarın arxası yapışdırılmadı...” - Röya rəfiqəsini rüsvay etdi
loading...

“Nigardan ötrü ölürdüm, hara getsəm onu daşıyırdım. Türkiyəyə getməmişdən qabaq Nihat Odabaşı Bakıya gəlmişdi. Nigara zəng vurdum ki, birgə yemək yeyək. Razılaşdı, amma axşam zəng vuranda dedi ki, Londona uçuram, yoxam. Elə birtəhər gəldi ki, bu qız mənə deməmiş niyə Londona gedib? O instaqramda təbrik etmələr filan... Bunlar deyəsən öyrəşdilər baş bağlayıb açmağa”. 

Bu sözləri əməkdar artist Röya Ayxan “Xəzər maqazin”ə açıqlamasında deyib. Müğənni həmkarı Nigar Camalla yaşadığı qalmaqala münasibət bildirib.

O, keçmiş rəfiqəsi haqqında hər kəsi təəccübləndirəcək iddialar səsləndirib:

“Mənlə Türkiyəyə stilist Elnur Həsənov getməli idi. Onun da Allah canını sağ eləsin. Dedi ki, gəlinlərimi qoya bilmirəm. Mən də dedim ki, hansısa bir qız toy günündə ağlamasın. Eybi olmaz. Stilist Anar Ağakişiyevi də Nigar bron etmişdi. Axşam ona dedim ki, vaxtın olsa məni də bəzəyərsən. Bunu da Nigar bildi və icazə vermədi. Anara zəng vurub dedim ki, narahat olma. bilirəm ki, səni Nigar qoymur. Qırmızı xalçada Nəsiblə (aparıcı Nəsib Nur) salamlaşmışam. Keçmişəm kənara, onları gözləyirəm. Mən nə bilim ki, bu qız deyir ki, Röya çıxıb getsin, mən tək qırmızı xalça üzərinə çıxım. Çox səy qızam, bunu bildim.

Anar əlini atıb məni çağıranda Nigar qışqırıb deyir ki, bunu niyə çağırırsan? “Bunu” e? “Bu” sənsən! Qaça-qaça bir bayrağı əlinə götürmüsən. Yaxşı ki, o oğlanın ayağı düşüb (red: Eldar Qasımov). Eldarın şansıdır ki, onun başına quş qondu. Bir “Eurovision”a gözə özünü nə zənn etdin? Kim demirəm. Səhnəyə məni çağıranda ona əlimi atdım. Nigar isə arxasını çevirdi. Arxası da ki, hamısında yapışdırılmadı. Sonadək Nigarın qalib olacağını düşünürdüm. Bu haqda fikirləşməmişdim ki, qalib olacam. Elə olsaydı mən də Nigar kimi anamla gələrdim, sevgililərimin hamısını ora yığardım. 

Əməkdar artist daha sonra bir neçə gün bundan əvvəl İradə İbrahimova ilə yaşadığı söz savaşına reaksiya verib:

“İradənin də iki uşağı var. Ərinə desəm gəlib sürüyüb evinə aparacaq. Gedib evlərində otursunlar. Mən onsuz itirdiyimi itirmişəm. İslanmışın yağışdan nə qorxusu? Amma sizin qorxunuz var. Biriniz ərdə, digəriniz bilinmir hardasız”. 

Nigar Camal isə instaqramda canlı yayıma qoşularaq izləyicilərinin suallarını cavablandırıb.  O, Röyanın efirdə səsləndirdiyi ittihamlara da münasibət bildirib:

“Kaş ki, Miri Yusif kimi mən də təqdimata getməzdim. Oranı mənə çox təriflədilər. Heç “MUZ TV” mükafatları qədər deyil. Röya həmin günü həm məni, həm də Samir Cavadzadəni instaqramda bloka atıb. Çünki biz duet oxuyacağıq. Əvvəlcədən ora gedəndə hamı bilirdi ki, qalib Röyadır. Kompleksi olan insanlar belə açıqlamalar verə bilər. Kimin sözü varsa, zəng vurub desin. Çıxıb efirdən bədənimi süni adlandırmaq lazım deyil. Özlərində yoxdur deyə mənimkinə sataşırlar. Qaldı ki, mən Anarın anasıyam ki, Röyanı makiyaj etməyə qoymayım?”.

 


Digər xəbərlər

0.45953702926636