Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovuldu
Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub.
Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Daxili işlər naziri Ramil Usubov Salyanda baş verən dəhşətli cinayətdən sonra rayonun rəisi Təhmasib İbrahimovu vəzifəsindən azad edib. Nazir rayonda baş verən dəhşətli cinayətin illərlə gizli qalmasını rəisə bağışlamayıb.
Belə ki, dekabrın əvvəlində "Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra Mehparə Əliyevanın dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən 3 il əvvəl qətlə yetirildiyi ortaya çıxmışdı.
Məlum hadisədən sonra ata oğlu ilə həbs olunub.
Sözügedən olay ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.
Qeyd edək ki, T. İbrahimov 2015-ci ildə Suraxanıdan Salyana rəis göndərilmişdi.
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...