Bakıda kütləvi dava - Xəsarət alanlar var

10:13 21-12-2017 | icon 3127
Bakıda kütləvi dava - Xəsarət alanlar var

Bakıda kütləvi dava nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.

İnsident nəticəsində 1993-cü il təvəllüdlü Elvin Nadirov, onun qardaşı, 1995-ci il təvəllüdlü Emin Nadirov və 1990-cı il təvəllüdlü Elməddin Əhmədov müxtəlif bədən xəsarətləri ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, hadisə məişət zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər

0.33211398124695