Xaçmaz SSİ-nin müdiri Vaqif Səlimov dövlətdən oğurladığı pulları hansı özəl şirkətlərə köçürdür? - TƏFƏRRÜAT

10:21 21-12-2017 | icon 4865
Xaçmaz SSİ-nin müdiri Vaqif Səlimov dövlətdən oğurladığı pulları hansı özəl şirkətlərə köçürdür? - TƏFƏRRÜAT

Xaçmaz Suvarma Sistemləri İdarəsinin müdiri Vaqif Səlimov dövlətdən mənimsədiyi yüz min manatlar hesabına özünə böyük sərvət toplayıb və artıq özünü qeyri-rəsmi milyoner kimi təqdim etməkdən belə çəkinmir.

Azərbaycanda korrupsiya və dövlət vəsaitini mənimsəmə halları artıq o səviyyəyə çatıb ki, rayonlarda idarə müdirləri belə dövlət vəsaitlərini mənimsəmələri hesabına özlərini milyoner adlandırırlar. Diqqətə alınmalıdır ki, bu gün Azərbaycan kəndlərində əhali çox ağır sosial şəraitdə yaşamaqdarlar. Kənd əhalisinin böyük hissəsi Bakıda tikintilərdə və daş karxanalarında günəmuzd olaraq çalışırlar. Yəni faktiki olaraq bu insanların heç bir sossial təminatları və sabaha olan güvəncləri yoxdur. Bunun müqabilində isə rayonlarda bir ovuc məmur sürətlə varlanır…

Azeripress.az-a daxil olan məlumata görə belə qeyri-rəsmi məmur-milyonerlərinin başında Xaçmaz Suvarma Sistemləri İdarəsinin müdiri Vaqif Səlimov gəlir. Bildirilir ki, o, artıq yaxın ətrafının yanında milyoner olduğunu gizlətmir və Xaçmazda çoxları Vaqif Səlimovu elə belə də qəbul edir.

Qeyd olunur ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin inandığı bu mini oliqarx hər il dövlətin yüz minlərlə manat vəsaitini mənimsəyərək öz şəxsi biznesini, var dövlətini çiçəkləndirir. Bunun üçünsə o hər vasitə ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin işinə yarınmağa çalışır.

Xaçmazın yeganə su idarəsi olan Suvarma Sistemləri İdarəsinin 200-ə yaxın işçisi, çoxlu sayda texnikası var və bu idarənin üzərinə Xaçmazda doğrudan da çox iş düşür. Amma idarə müdiri Vaqif Səlimov işçilərinə qarşı kobud davranmaqla yanaşı, həmçinin böyük maliyyə maxinasiyları həyata keçirərək hər il dövlətin yüz min manatlarla vəsaitini mənimsəyir. Xaçmazın su və melorasiya ilə bağlı problemləri isə həll olunmamış qalır. Həll olunması da imkansızdr. Çünki idarə müdiri hər yerdə kosmetik və dekorativ işlər görərək ayrılan vəsaitlərin 70-80 fizini mənimsəyir.Bu barədə məlumatda göstərilir ki, icra başçısı Şəmsəddin Xanbabayevə “yaxşı qulluq” etdiyindən idarə müdirinə gözün üstündə qaşın deyən yoxdur. İdarə müdirinin maaliyyə maxinasiyaları və dövlətdən mənimsədiyi yüz min manatlarla vəsaitlər isə dövlətin və Xaçmazın inkişafına deyil, məhz Vaqif Səlimovun qanunsuz biznesinin və həyat şəraitinin çiçəklənməsinə sərf olunur.

Məlumatda o da bildirilir ki, son 2 ildə Vaqif Səlimovun idarəsinə 2 milyon manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlər isə maşın avadanlıqlarının , tikinti materiallarının alınmasına və müxtəlif işlərin görülməsi adı altında xərclənib. Əslində ortada nə alınan, nə də görülən dəyərli heç bir iş yoxdur.

Xaçmaz rayonunda ümumilikdə 50 min hektara yaxın əkilən sahələr olduğu da bildirilir. Həmin vəsaitin böyük hissəsi sənədləşdirilmədən mənimsənilir, ancaq cüzi bir hissəsi isə gözdən pərdə asmaq naminə idarəninin büdcəsinə köçürülür. Bildirilir ki, Vaqif Səlimov hər il yüz min manatlarla vəsaiti kanallarda, çay yataqlarında və müxtəlif yerlərdə cari təmir işlərinin görülməsi adı altında silərək mənimsəyir. Bəzi kanalların cari təmiri istifadəçi sakinlərin pulu ilə həyata keçirilir.Məlumatda o da qeyd olunur ki, mini oliqarx Vaqif Səlimovun Xaçmazda bir neçə obyekti, Xudatda, qonşu Quba rayonunda dəbdəbəli imarətlərii, Bakı şəhərində 4 mənzili və qiyməti 60 mindən başlayan bir neçə xarici avtomobili, Bakının gur yerlərində bir neçə biznes strukturu var. Bu hələ idarə müdirin bilinən mal valığıdır. Yəni "aysberq"in görünən üzüdür. Əslində isə Vaqif Səlimovun mal varlığının bilindiyindən qat-qat artıq olduğu məlumdur. 


P.S. Növbəti sayımızda Vaqif Səlimovun dövlətdən oğurladığı pulları hansı özəl şirkətlərə şirkətlərə köçürdüyü haqqında ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!

BİZİ İZLƏYİN!


Digər xəbərlər

0.25941491127014