Ağ rəng qara ləkə götürməz

08:57 19-01-2018 | icon 16
Ağ rəng qara ləkə götürməz
loading...

Şəhərdə təsadüfən bir tanışımla rastlaşdım. Hal-əhval tutduq, xeyli söhbət etdik. Təhsil sahəsində çalışan tanışım söhbəti jurnalistika istiqamətinə yönəltdi, ünvanımıza xoş sözlər söyləməklə bərabər bəzi uzdəniraq media işçilərinin əməlləri barədə acı təəssuf hissi ilə danışdı və əlindəki qəzeti mənə uzadaraq orada dərc edilmiş bir yazını oxumağı təkidlə xahiş etdi. Oxudum. Anonim xarakterli bu yazi respublikada yaxşı tanınan bir təhsil işçisi haqqında idi. Altında imza qoyulmayan yazıda sadalananların son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu dərhal açıq-aydın gorünürdu. Heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazını qəzet səhifəsinə çıxarmaqla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi isə deməyə ehtiyac duymadım.


Tanışım yazıda adı hallanan şəxsin keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətlərindən o qədər xoş sözlər danışdı ki, bu adamla əlaqədar araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istədim. Çunki, ortaya belə bir sual çıxırdı: Doğrudanmı ömrünü xalqa və dövlətə xidmət etməyə həsr edən, cəmiyyətdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Əvvəlcə tanıdığım bir neçə pedaqoq ilə göruşub onun barəsində soruşdum, onun rəhbərlik etdiyi təhsil ocaqının bəzi əməkdaşları ilə söhbətləşdim və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər.

Həsənova Firəngiz - 53 №-Lİ TAM ORTA MƏKTƏBİN DİREKTORU

1969-cu ildə avqust ayının 18-də Göyçay rayonunda anadan olub. Orta təhsilini Göyçay rayonundakı 7 saylı məktəbdə alıb. 1987-ci ildə N.Tusi adına APU-nin filologiya fakültəsinə daxil olub, 1992-ci ildə həmin ali təhsili müəssisəsini bitirib,Azərbaycan dili və ədəbiyyat ixtisasına yiyələnmişdir. İş fəaliyyətinə 1992-ci ildən Səbail rayonu 51 saylı məktəbdə günüuzadılmış qrup müəllimi kimi başlamış, 1993-cü ildən isə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi işləmişdir. 1996-cı ildən Səbail rayonu 91 saylı məktəbə öz ixtisası üzrə müəllim, 1999 -cu ildən 2003-cü ilədək sinifdən xaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. 2003-cü ildən 2004-cü ilədək Bakı Ali Qızlar Seminariyasında ədəbiyyat və jurnalistika kafedrasına baş müəllim vəzifəsində çalışmışıb. 2005-ci il yanvarın ayının 10-dan fevralın ayının 15-nə kimi Yasamal rayonu 199 saylı orta məkrəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişəyib. “Azərbaycan ədəbiyyatında Qaçaq Kərəm obrazı” mövzusunda dissertasiya işinin müəllifidir.Həmin desertasiya işi ilə əlaqədar olan elmi məqalələrim nəinki Azərbaycanda, o cümlədən Gürcüstanda, Belarusiyada və qardaş Türkiyədə nəşr olunan dərgilərdə, jurnal və qəzetlərdə çap edilmişdir. Təhsil İdarəsi tərəfindən verilən tapşırıqları vaxtında və qüsursuz yerinə yetirməklə öz pedaqoji fəaliyyətini müasir təhsil standartlarına uyğun şəkildə həyata keçirdiyinə görə bir çox mükafatların, o cümlədən “Xan qızı” və “Qızıl qələm” mükafatlarının laureatı adına layiq görülmüşdür.Azərbaycan Jurnalistikasının Həmkarlar İttifaqının “Xalqın nüfuzlu ziyalısı” fəxri adına layiq görülmüşdür. “Müəllim sözü” qəzetinin redaksiya şurasının, YAP-ın Yasamal rayonu üzrə qadınlar şurasının üzvüdür, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Yasamal rayon üzrə təyin olunmuş nömayəndəsidir. 2005-ci il 15 fevral tarixindən etibarən Yasamal rayonu 53 saylı orta məktəbə direktor vəzifəsinə təyin edilmişdur. 25 illik pedaqoji staja malikdir. Ailəlidir. İki övladı var.

Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər təhsil sistemində uğurlu islahatlar aparılmış, təhsil müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Firəngiz xanımın rəhbərlik etdiyi orta məktəb də belə nümunəvi təhsil ocaqıdır.

Buradakı keyfiyyətli tədris də buna bariz nümunədir.

Qeyd edək ki, 53 nömrəli məktəb 1961-ci ildən 8 illik məktəb kimi fəaliyyətə başlamışdır.1979-cu ildən 10 illik, 1991-ci ildən isə 11 illik məktəb kimi fəaliyyətini davam etdirmişdir. Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır. Dövlət proqramına əsasən, 2013-cü ildə məktəb əsaslı təmir olunmuşdur. Məktəbdə 148 nəfər müəllim çalışır və 2299 nəfər şagird təhsil alır. 2014-cü ildən məktəb “Bilik Fondu”nun xətti ilə “Qardaşlaşmış məktəblər layihəsi”nə qoşularaq Astara şəhərinin 6 nömrəli məktəbi ilə qardaşlaşmışdır. Məktəb Bakı Dövlət Universitetinin baza məktəbi sayılır. Hər il 500-ə yaxın tələbə təcrübə keçmək məqsədilə məktəbə gəlir. Məktəbdə ikinci xarici dil kimi rus, alman, fransız dilləri tədris olunur. Məktəb müxtəlif pilot layihələrin iştirakçısıdır. Məktəbdə eyni zamanda məktəbəhazırlıq qrupları təşkil olunmuşdur.

Görülən işlər nəticəsində burada da şagirdlərin yüksək səviyyədə təhsil almaları , müəllimlərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Firəngiz xanım buraya direktor təyin olunandan, burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Bu yaxınlarda yenə də yolumu bu məktəbdən saldım. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə valideynlə söhbət etdim, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, direktor Firəngiz xanımdan,bütün müəllimlərdən çox razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər.

Bu müddət ərzində bu qədər iş görmüş kollektiv sözün əsil mənasında alqışa layiqdir desək, yəqin ki, diqqətli oxucularımız da bizimlə razılaşarlar.

Elin gözü tərəzidir

P.S.Di gəl, çox təssüflər olsun ki, Firəngiz xanımın uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.

 
 
 

Digər xəbərlər

0.1883909702301