Salyan tamamilə dəyişib, gözəlləşib və inkişaf edir

11:14 21-12-2017 | icon 4086
Salyan tamamilə dəyişib, gözəlləşib və inkişaf edir


Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Salyan tutur.

Qeyd edək ki, Salyan son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir.

Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Sevindik Hətəmovun gərgin əməyinin nəticəsidir. Belə ki, Sevindik müəllim Salyana rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Salyanda görüləcək işlər çoxdur. Həm də salyanlılar üçün görüləcək işlər həddindən artıq çoxdur.

Sevindik müəllimin əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır.

Qeyd edək ki, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovla yanaşı başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov da rayonun inkişafı üçün əlindən gələni əsirgəmir. 36 yaşlı Cəbrayılov gənc olmasına baxmayaraq artıq ona edilən inam və etibarı doğruldub. Təsadüfi deyil ki, o, Salyan YAP təşkilatının sədri kimi mühüm bir posta da seçilib. Burada da o, ölkə rəhbərliyinin etimadını doğrultmaqla yanaşı Salyan sakinlərinində sevimlisinə çevrilib.


Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Salyan yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb. Onların sözlərinə görə, indi Salyan rayonu , demək olar ki, hər bir guşəsi öz simasını dəyişir. 5-6 aydan sonra bu şəhərin tanınmaz dərəcədə dəyişəcəyinə əsla şübhə etmirlər.

 


Digər xəbərlər

0.23575901985168