Nəsimidə yaşıllıq qətliamı — Onlarla hündür ağac kəsildi – FOTOLAR / VİDEO
Paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsi, ev 7 ünvanında yerləşən 3 binanın həyətindəki hündür ağaclar naməlum “qovluqlu adamlar”ın iştirakı ilə kəsilir. Sözügedən binada yaşayan 500 nəfərdən çox sakinin etirazlarına baxmayaraq, ağackəsmə işləri hələ də davam edir. Bunu sakinlərin redaksiyamıza göndərdiyi foto və video çəkilişlərindən də açıq şəkildə görmək mümkündür.
Sakinlər bildirirlər ki, binanın ətrafındakı ağacları kəsən şəxslər özlərini təqdim etmək istəmirlər. Onlardan bəziləri isə ağacları kəsməyi ərazidə abadlıq işlərinin aparılması ilə əsaslandırır.
Sakinlər ağac kəsilən ərazidə Nəsimi rayon İcra Hakimiyyətinin avtomobillərini gördüklərini deyirlər.
“Ərazidə 3 bina yerləşir. İcra Hakimiyyətinin adamları isə ərazidəki ağacların yarısını kəsiblər. Sakinlərin etirazından sonra ağacların hamısını məhv edə bilməyiblər. Ancaq digər ağacları da kəsmək üçün məqam axtarırlar. Biz Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələrinə də bildirdik ki, kəsdiyiniz ağacların yerinə öz vəsaitimiz hesabına ağac alıb əkərik. Ancaq siz burada işləri dayandırın. Lakin onlar ərazidən getmək istəmirlər. İcra Hakimiyyətinin nümayəndələri özlərini elə göstərirlər ki, guya hadisədən xəbərləri yoxdur. Amma Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarının gözü qarşısında ağacları kəsirlər. İcra Hakimiyyəti həmin ərazidə yeni bina tikilməsi üçün boş ərazi yaratmağa çalışır. Yəqin ki, hansısa şirkətə satmaq istəyirlər”, – deyə sakinlər bildirir.
Ərazidə digər ağacların da kəsilməsi dayandırılmasa, sakinlər ölkə başçısına müraciət edəcəklərini deyirlər.(Ölkə.az)
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...