Azərbaycanda benzinin aksiz vergisi artırıldı
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib. Bu qərara əsasən ölkə ərazisinə gətirilən aksizli malların yeni aksiz dərəcələri müəyyənləşib. Belə ki, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95- dən az oktan ədədi ilə 1 ton üçün 200 manata qaldırılıb.
Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə isə 1 ton üçün 80 manat müəyyənləşdirilib.
Yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün 1 ton üçün 80 manat müəyyənləşib.
Qeyd edək ki, bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
-
“Azeri Light”ın qiyməti 87 dollara düşdü
...
-
“Nar” “Stevie” mükafatına layiq görüldü
...
-
“Azeri Light” bahalaşdı
...
-
“Azeri Light” 89 dollara satılır
...
-
“Nar” abunəçiləri parkinq xidmətini SMS ilə ödəyə biləcək
...
-
Bakıda orta aylıq əməkhaqqı bu qədərdir
...
-
“Nar”dan sərfəli rouminq - Pulsuz WhatsApp yazışma
...
-
"Nar"dan yeni xidmət: NaviMax GPS izləmə imkanı
...
-
“Volt Azərbaycan”ın fəaliyyəti dayandırıldı
...
-
Neftimiz bahalaşmaqda davam edir
...