Salyan RMX-nın Travmatologiya şöbəsi etibarlı əllərdədir

01:11 27-12-2017 | icon 1086
Salyan RMX-nın Travmatologiya şöbəsi etibarlı əllərdədir
loading...

Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Salyan rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri İlqar Ağabəyovdur.

Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Salyan rayon Mərkəzi Xəstəxanası da belə nümunəvi tibb müəsəssidir.Burada göstərilən tibbi xidmət buna bariz nümunədir. Görülən işlər nəticəsində burada da xəstələrin yüksək səviyyədə müalicəsi, həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xəstəxananın şöbə müdiri İlqar Ağabəyov buraya təyin olunandan, burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Bunları biz də gözlərimizlə görmüşük. Buna görə baş həkimə, rəhbərliyə təşəkkür edənlərin çox şahidi olmuşuq. 

Bu yaxınlarda yenə də yolumu xəstəxanaya saldım. Şöbənin həkimləri iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, şöbə müdiri İlqar həkimdən, xəstəxananın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Baş həkimdən, şöbə müdirlərindən çoz razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər. 

İlqar həkim işlədiyi bu illər ərzində diqqətli həkim kimi tanınmışdır.Yüzlərlə ailəyə sevinc bəxş etmiş və öz şəfalı əlini uzatmışdır. Salyan rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin kollektivi də Azərbaycan dövlətçiliyinə, xalqına, vətəninə sədaqətlə xidmət edən İlqar həkimə güvənir.


Digər xəbərlər

0.43862915039062