Prezident sərəncam verdi - İdarə heyətinin sədri oldu
Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri və Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilsin.
Prezidentin digər sərəncamı ilə aşağıdakı şəxslər Himayəçilik Şurası üzvləri olub:
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.
-
Neftimiz 99 dollara düşdü
...
-
“Maxim” beynəlxalq taksi sifarişi xidməti Azərbaycanın daha 4 şəhərində fəaliyyət göstərməyə başlayıb
...
-
Yeni 5 qəpiklik buraxıldı - Foto
...
-
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
...
-
“Azeri Light”ın qiyməti 101 dollara düşdü
...
-
Köhnə smartfonunu sərfəli şərtlərlə sat! - “Nar”dan əla fürsət
...
-
Yeni 1 manatlıq buraxıldı - Taleh Kazımovun imzası ilə
...
-
Azərbaycan nefti yenə bahalaşdı
...
-
“Nar” Füzuli və Tərtərdəki məktəblərə dəstək olub
...
-
Azərbaycanda şəhərlərarası taksi istiqamətlərinin top beşliyi
...