Prezident sərəncam verdi - İdarə heyətinin sədri oldu

01:23 27-12-2017 | icon 3653
Prezident sərəncam verdi - İdarə heyətinin sədri oldu

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri və Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Fəxri Kazımov  İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilsin.

Prezidentin digər sərəncamı ilə aşağıdakı şəxslər Himayəçilik Şurası üzvləri olub:

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.


Digər xəbərlər

0.29999804496765