Habil Vəliyevin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi başlayıb.
Hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası keçirilib.
H.Vəliyev elan edilən ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Vəkilləri vəsatət verərək onun zərərçəkmişlərdən sonra ifadə verməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib.
Zərərçəkmişlərdən Asif Bağırov və Ramiz Cəbrayılovun vəkillləri çıxış edərək deyiblər ki, onlara dəyən maddi ziyan ödəndiyi üçün şikayətləri yoxdur.
Daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasının rəisinin məhkəməyə göndərdiyi məktub elan edilib. Rəis məktubunda bildirib ki, təcridxanada yer olmadığı üçün H.Vəliyev Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilsin. Müdafiə tərəfi dı bununla razılaşıb və rəisin müraciəti təmin edilib. H.Vəliyev bundan sonra Kürdəxanı qəsəbəsində yerləşən təxridxanaya köçürüləcək.
Proses yanvarın 9- davam etdiriləcək.
DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.
-
DTX tərəfindən saxlanılan transmilli mütəşəkkil kibercinayətkar dəstənin - Film kimi cinayət ssenarisi
...
-
DTX: Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib
...
-
Terrorçuluğu maliyyələşdirdi - Həbs edildi
...
-
Gəncədə narkotik satmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb
...
-
Azərbaycan sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
...
-
Aybəniz Haşımovanın qardaşı həbs edildi
...
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
...
-
Naxçıvanda yol polisi sürücünü döyüb? - İDDİA
...
-
Bakıda film səhnələrini xatırladan qəza - Video
...
-
DSX: Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb
...