“Neftçi” qapıçı transfer etdi

01:25 27-12-2017 | icon 3567
“Neftçi” qapıçı transfer etdi

“Qəbələ”dən ayrılan Aqil Məmmədovun yein klubu bəlli olub.

Millimizin üzvü karyerasını "Neftçi"də davam etdirəcək. Məmmədov sabiq klubu 1,5 illik müqavilə imzalayacaq.

Aqil Məmmədov yayda AZAL-dan “Qəbələ”yə keçmişdi. Təcrübəli əlcək sahibi “qırmızı-qaralar”ın heyətində 1 oyun keçirib. O, kubok matçı çərçivəsində “Mil-Muğan”a qarşı oynamışdı.

Qeyd edək ki, Aqil Məmmədov “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-da forma geyinib.


Digər xəbərlər

0.29643297195435