Əfsanəvi futbolçu ölkə prezidenti seçildi

23:47 27-12-2017 | icon 5045
Əfsanəvi futbolçu ölkə prezidenti seçildi

“Milan”, “Çelsi”, “Mançester Siti” kimi klublarda forma geyinmiş sabiq futbolçu Corc Vea Liberiya Respublikasının prezidenti seçilib.

 51 yaşlı Vea seçkilərin ikinci turunda əsas rəqibi Cozef Bokanı qabaqlayıb.

Xatırladaq ki, oktyabrda 20 namizədin iştirakı ilə baş tutan birinci mərhələdə heç bir namizəd 50 faiz səddini keçə bilməmişdi.

O, 2003-cü ildə karyerasını bitirdikdən sonra siyasətə qatılıb. Həmin il ölkədə bitən vətəndaş müharibəsindən sonra prezidentliyə namizədliyini vermiş,lakin seçilə bilməmişdi.

C.Vea 2014-cü ildən bəri Liberiyada Montserrado bölgəsinin senatoru olaraq Senatda yer alırdı.

 


Digər xəbərlər

0.29873704910278