Qaradağda 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və “Yeni il” bayramı ilə əlaqədar tədbir keçirildi

01:44 29-12-2017 | icon 1539
Qaradağda 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və “Yeni il” bayramı ilə əlaqədar tədbir keçirildi
loading...


28 dekabr 2017-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam
orta məktəbdə məktəblərin, müəllimələrin və məktəb rəhbərliyinin iştirakı ilə “31
Dekabr - Dünya Həmrəylik Günü” və “Yeni 2018-ci il”ə həsr olunmuş tədbir
keçirildi.
Tədbirin giriş hissəsini öz təbrikləri ilə açan məktəb direktoru Təranə
Qasımova tədbir iştirakçılarına “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü” haqqında bəzi məlumatlar verdi.
Daha sonra “Yeni il” mahiyyəti haqqında danişan ibtidai sinif müəlliməsi Səidə
İbrahimova çıxışında bildirdi ki, Yeni il bayramı dünyanın müxtəlif xalqları üçün
ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub.
Bu bayramı uşaqlar səbirsizliklə gözləyirlər. Bayram ərəfəsində ətrafdakı canlanma
bayram əhval ruhiyyəsi uşaqlara xoş təsir bağışlayır.
31 Dekabr isə Azəraycan millətinin ümumdünya birlik günüdür. Bu bayram
ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik
və həmrəylik yaratmaq işində mühim rol oynayır.
Bildiyimiz kimi dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-
cu il dekabr axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyuldu.
S.İbrahimova daha sonra bildirdi ki, 31 dekabr tarixində bütün azəraycanlılar
bir olur, böyüklər kimi uşaqlarımız da öz vətənpərvərlik hissi ilə fəxr edirlər.
Sonra isə uşaqların ifa etdiyi biri-birindən maraqlı şeir, mahnı və səhnəcikləri
Yeni il qabağı hər kəsin sevincinə səbəb oldu.
Daha sonra tədbir Lökbatan qəsəbəsində yerləşən “Cırtdan park”da nağıl
qəhramanları ilə keçirilən görüşdə müxtəlif oyun ve viktorinalarla davam etdi.
Tədbiri yekunlaşdıran Təranə Qasımova uşaqların rəngarəng çıxışlarına
çəkilən zəhməti yüksək dəyərləndirərək uşaqlara növbəti ildə uğurlar arzulamışdır.


Digər xəbərlər

0.19990706443787