Həkimi şantaj edib 8 min alana cəza istənildi
Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimova cəza istənilib.
Hakim Rasim Sadıxovun icraatında olan prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək E.İbrahimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, E.İbrahimov Bakıda fəaliyyət göstərən özəl klinikalarının birində çalışan qadın nevropatoloq və EEG həkimi ilə sosial şəbəkədə tanış olub. Özündən yaşca böyük olan həkimlə səmimi ünsiyyət quran E.İbrahimov sonradan onu şantaj edərək rüsvay edəcəyini deyib. Bu yolla həkimdən 8 min manatdan çox pul alıb. Daha sonra qadının şikayəti ilə E.İbrahimov saxlanılıb. O ittihamı qəbul etməyərək pulu yardım məqsədi ilə istədiyini deyib.
İstintaq dövründə E.İbrahimov həbs edilməyib, hələ də azadlıqdadır.
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...