İki azyaşlı uşaq həlak oldu - Qobustanda dəhşət 

16:33 04-01-2018 | icon 3803
İki azyaşlı uşaq həlak oldu - Qobustanda dəhşət 

Qobustan rayonu Qaracüzlü kəndində birmərtəbəli 4 otaqlı ev yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub.

Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

***

Lent.az xəbər verir ki 2 azyaşlının yanaraq öldüyü hadisə Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermanın həyətindəki evdə baş verib. Belə ki, bu gün səhər saatlarında həmin fermada çoban işləyən Zəkəriyyə Babaşov qoyun sürüsünü otlağa aparıb. Daha sonra onun həyat yoldaşı təsərrüfat işləri ilə əlaqədar çölə çıxıb. Beləliklə, 7, 5 və 2 yaşlı 3 azyaşlı evdə nəzarətsiz qalıb. Uşaqların tezalışan əşyanı ehtiyatsızlıqdan odun sobasının üstünə aşırması isə dəhşətli faciəyə səbəb olub.

Bildirilir ki, uşaqların anası yanğının başladığını görəndə otağı alov bürüyübmüş. Ailənin böyük uşağı ağır xəsarətlərlə xilas olsa da, 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.


Digər xəbərlər

0.2597930431366