Azərbaycan dili dünyanın ən çətin dilləri arasında
Xarici Xidmət İnstitutu (FSİ) ingilis dilinin daşıyıcısı tərəfindən digər dillərin öyrənilməsinə sərf edilən təxmini vaxt əsasında dillərin siyahısını hazırlayıb.
Azərbaycan dili ingilisdilli auditoriya üçün dünyanın ən çətin dillərindən biri kimi müəyyən edilərək dördüncü kateqoriyaya yerləşdirilib.
Siyahının müəllifləri 61 xalqın dilini öyrənmə müddətindən asılı olaraq beş kateqoriyaya bölüblər.
Tədqiqatlara əsasən, I kateqoriyaya ingilis dilinə yaxın olan 10 dil daxil edilib. Onların öyrənilməsi üçün 23-24 həftə lazımdır. Buraya afrikaans (holland dilində dialekt), norveç, flamand, Danimarka, portuqal, rumın, ispan, isveç, fransız və italyan dilləri daxildir.
II kateqoriyaya təkcə alman dili düşüb - 30 həftə.
III kateqoriyada üç dil var. Ekspertlər hesab edirlər ki, ingilislər 36 həftəyə İndoneziya, malay və suaxili dillərini öyrənə bilərlər.
Dördüncü kateqoriyada Azərbaycan, türk, rus, Ukrayna, serb, fin, gürcü və erməni dilləri daxil olmaqla ümumilikdə 40 dil var. İngilislər bu dilləri öyrənmək üçün 44 həftə sərf edəcəklər.
Və nəhayət ingilislər üçün ən çətin sayılan beşinci kateqoriyada iki çin dialekti, həmçinin ərəb, yapon və koreya dilləri daxil edilib. Bu dilləri öyrənmək istəyənlərə 88 həftə və ya 2200 saat lazım olacaq.
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...