“Qarabağ” da Antalyaya yollandı

00:56 10-01-2018 | icon 3285
“Qarabağ” da Antalyaya yollandı

“Qarabağ” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

 Antalyada hazırlıq keçəcək Ağdam klubu səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə yola düşüb.
 
"Qarabağ" təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama oyunu keçirəcək.  Komanda yanvarın 17-si Rusiyanın "Kuban", yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul", Bosniya və Hersoqovinanın "Sarayevo, fevralın 3-ü Monteneqronun "Mladost" klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, Premyer Liqanın digər təmsilçisi “Qəbələ” bir neçə gündür Antalyada hazırlıq keçir. 


Digər xəbərlər

0.27683997154236