Bakıda saxta pasportlu iranlılar tutuldu

00:58 10-01-2018 | icon 2924
Bakıda saxta pasportlu iranlılar tutuldu

Saxta pasportlarla Londona getmək istəyən iranlılar saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən  verilən məlumata görə, yanvarın 4-də sərhədçilər tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlarla Bakı-London reysi ilə Böyük Britaniya getmək istəyən 1978-ci il təvəllüdlü Cimen Aysegül və övladı 2009-cu il təvəllüdlü Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıblar.

Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin 01.01.2018-ci il tarixdə İstanbul-Bakı reysi ilə Azərbaycana gəlmiş İran İslam Respublikası vətəndaşları 1979-cu il təvəllüdlü Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı 2009-cu il təvəllüdlü Pərvəreş Pəniz Əli qızı olması müəyyənləşdirilib.

Qeyd olunan şəxslər saxta pasportları İstanbul şəhərində tanışları olan Məhəmməd adlı İran vətəndaşından 15 000 ABŞ dolları məbləğində pulun müqabilində əldə etdikləri məlum olub.

Hazırda fakt üzrə cinayət işi başlanaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Murad Əhməd

 





Digər xəbərlər

0.24874114990234