Bolqarıstan prezidentindən Əliyevə zəng
Bolqarıstan prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
Rumen Radev dövlət başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bolqarıstan prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşa hava xəttinin açılması ilə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən prezident İlham Əliyev, öz növbəsində, Bolqarıstan Prezidenti Rumen Radevə Yeni il münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı yeni açılmış Bakı-Sofiya hava xəttinin Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Bolqarıstan prezidenti “Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilir, bu il TANAP layihəsinin başa çatması gözlənilir və yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaq.
Söhbət zamanı prezident Rumen Radev Azərbaycan prezidentini Bolqarıstana rəsmi səfərə dəvət edib.
Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.
-
İlham Əliyev and içir
...
-
İlham Əliyev 3 gün ərzində and içəcək
...
-
Rəsmi Bakıdan Paşinyana - Cavab
...
-
Prezident seçkilərinin yekun nəticələri açıqlandı
...
-
Nazirlər nə vaxt istefaya gedir?
...
-
Prezidentlə oğlu “Akıncı” hücum PUA-larının uçuşunu izlədi - Video
...
-
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
...
-
“Seçkilərin Xankəndi və Şuşada keçirilməsi tarixi əhəmiyyət daşıyır”
...
-
Ərdoğan İlham Əliyevi təbrik etdi
...
-
MSK ilkin nəticələri açıqladı - İlham Əliyev 92.10 faiz səs toplayıb
...