Bakıda 13 yaşlı qız yoxa çıxıb - Oğurlandığı iddia olunur+ Video
Bakıda 13 yaşlı qız itkin düşüb.
Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi 5 d ünvanında yaşayan 13 yaşlı Nəsibə Mirzəyeva iki gün əvvəl yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bundan sonra uşağın valideynləri polisə müraciət ediblər.
Uşağın atası Namiq Mirzəyev bildirib ki, qızı evdən çıxarkən əynində açıq qəhvəyi rəngdə parça gödəkcə, qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olub. Ata iddia edir ki, Nəsibə Mirzəyevanı tanımadığı şəxslər aldadaraq oğurlayıblar.
Namiq Mirzəyevin sözlərinə görə, qızı bir neçə dəfə həyətdə kiminləsə söhbət edib. Bu isə atasında şübhələr yaradıb. Buna görə də qızına evdən çölə çıxmaması ilə bağlı xəbərdarlıq edib.
Atası deyir ki, Nəsibə Mirzəyevanın telefonu olmayıb. O, qızını hətta məktəbə getməyə də qoymurmuş. Üç qız atası olan Namiq Mirzəyev indi övladının tapılmasını istəyir.
Faktla bağlı Sabunçu rayonu 14-cü polis bölməsində araşdırma aparılır.
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...