Ziya Məmmədovun bacısına yeni vəzifə verildi

18:38 11-01-2018 | icon 4860
Ziya Məmmədovun bacısına yeni vəzifə verildi

Ötən ilin sentyabrında öz ərizəsi əsasında Təhsil nazirinin əmri ilə 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunan Məhbubə Məmmədova yeni və daha yüksək vəzifəyə təyin olunub. 

 M.Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova “Tərəqqi” liseyinin direktoru olarkən dəfələrlə rüşvət ittihamları ilə üzləşmiş, bu səbəbdən medianın gündəminə düşmüşdü.


Digər xəbərlər

0.27025008201599