“Biz bu qərarı alqışlayırıq” - Millət vəkili
“2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması bütövlükdə Azərbaycan cəmiyyəti, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək rəğbətlə qarşılanıb. Hətta Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə bu hadisə ilə bağlı cənab Prezidentə təşəkkür də edib. Xaricdəki azərbaycanlı ziyalılar dünəndən prezidentin bu addımına görə ona minnətdarlıq edirlər”.
Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib: “2018-ci ilin ölkəmizdə “Cümhuriyyət ili” elan edilməsi tək Azərbaycanın daxilində deyil, bütün dünyada qəbul edilir”.
Fuad Muradovun sözlərinə görə, bu qərardan irəli gələn öhdəliklərlə bağlı hər bir Azərbaycan vətəndaşı prezidentə dəstək olmalıdır. Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu qeyd edən komitə sədri bundan hər bir azərbaycanlının yararlanacağını vurğulayıb: “Şərqdə ilk dəfə olaraq qadınların müstəqil şəkildə seçkilərə qatılması tariximizdə qürurverici hadisə kimi yaddaşlara həkk olunub. Yüzillik tarixin varisi indiki müstəqil Azərbaycandırsa, biz bununla öz dövlətimizi dünya miqyasında təbliğ etmək imkanlarına malik olacağıq”.
“Cümhuriyyət ili” elan edilməsi dövlətiçiliyimizin daha da inkişaf etdirilməsində, dünya səviyyəsində Azərbaycanın tanınmasında atılan mühüm addımların davamıdır. Azərbaycan gəncləri adından prezidentin bu addımını alqışladığımızı bildiririk”.
-
İlham Əliyevin andiçmə mərasimindən - Video
...
-
İlham Əliyev xanımı ilə Şəhidlər xiyabanında
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər
...
-
Nazirlər Kabineti bu gün istefa verəcək
...
-
İlham Əliyev and içir
...
-
İlham Əliyev 3 gün ərzində and içəcək
...
-
Rəsmi Bakıdan Paşinyana - Cavab
...
-
Prezident seçkilərinin yekun nəticələri açıqlandı
...
-
Nazirlər nə vaxt istefaya gedir?
...
-
Prezidentlə oğlu “Akıncı” hücum PUA-larının uçuşunu izlədi - Video
...