Fazil Məmmədov həbs olunacaq - İddia
Sabiq vergilər naziri Fazil Məmmədovun həbsi üçün hüquqi baza formalaşır.
Bu haqda məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Xəbərdə bildirilir ki, 9 şirkət və bir fiziki şəxsin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verməsi bu istiqamətdə növbəti addımdır.
Qəzet yazır: “Məsələ ondadır ki, Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olub. Məhz həmin orqanın əməkdaşları iş adamlarını aylıq, illik “haqq”a oturdublar, dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər. Fakt isə ondan ibarətdir ki, bu qurumun rəhbər şəxsləri birbaşa Fazil Məmmədovun ən yaxın adamları olub. Şübhəsiz ki, buradakı proseslər nazirdən xəbərsiz həyata keçirilməyib.
Fazil Məmmədov vəzifədən çıxarıldıqdan dərhal sonra bu qurumun əməkdaşlarına qarşı məhkəmədə iddia qaldırılması onu göstərir ki, şirkət rəhbərləri illər ərzində zülmə məruz qalıblar və hüquqlarının bərpasına çalışırlar.
Faktiki olaraq proseslərin Fazil Məmmədovun qandallanmasına doğru irəlilədiyi göz önündədir”.
-
Narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib - DSX
...
-
Rəşad Dağlının həmin gün dedikləri - İlk video
...
-
Azərbaycanda terrorçu cinayət başında saxlanıldı
...
-
DTX və Miqrasiya Xidməti əməliyyat keçirdi, saxlanılanlar var - Video
...
-
DTX və DMX birgə əməliyyat keçirib, Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb
...
-
Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
...
-
Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb
...
-
DTX qondarma rejimin “rəhbərlər”ini belə həbs etdi - Video
...
-
Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi
...
-
Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
...