Nərimanovun icra başçısı "Keşlə"də
"Keşlə”də Müşahidə Şurası sistemi çoxdan qurulsa da, şuranın üzvlərinin kim olduğu bəlli deyildi.
Ilk dəfə dekabrın 25-də yığışan şuranın üzvlərinin kim olmasına görüntü baxımından aydınlıq gəlib.
Belə ki, komandanın baş məşqçisi vəzifəsi Ramiz Məmmədovdan alınıb ukraynalı Yuri Maksimova həvalə edilərkən Müşahidə Şurasının altı üzvü olduğu ortaya çıxıb.
Həmin iclasda "Keşlə”nin icraçı direktoru Rəmiş Malıyev, yeni baş məşqçi Yuri Maksimov və idman direktoru təyin olunan Ramiz Məmmədovdan başqa, altı nəfər üzv iştirak edirdi. Bunlardan üç nəfər əvvəldən bizə tanış sima idi.
Belə ki, bizə tanışlardan biri "Keşlə”nin Müşahidə Şurasının sədri, AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, digəri veteran, sabiq futbol hakimi Asim Xudiyev idi, üçüncü şəxs isə "Keşlə”nin maliyyə direktoru Elmar Qafarov idi.
Bəs digər üç nəfər kimdir? Bunlardan biri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdu. Komandanın təmsil etdiyi Keşlə qəsəbəsi bu rayona tabedi.
Üstəlik, 2011-2015-ci illərdə Siyəzən Rayonunun icra başçısı olmuş Arif Qasımov Muxtar Respublikadan, daha doğrusu, Şərurdandır. Yəni, Zaur Axundovla tanışlıqları var. Digər üzv olan Rəşad Həsənov da Zaur Axundovun tanışıdır. Lakin onun yalnız iş adamı olduğunu öyrənmək mümkün olub.
Üçüncü şəxsin kim olduğunu öyrənmək mümkün olmayıb. Asim Xudiyev oxu.az-a açıqlamasında bunları bildirib: "Açığı, həmin iclasda o qədər tanıtım olmadı. Bu üzdən həmin şəxsin adı və kimliyini bilmədim. Ancaq yəqin ki, növbəti iclaslarımızda bir-birimizi daha yaxından tanımaq imkanı əldə edəcəyik”.
Elmar Qafarov isə həmin adamı xatırlamadığını bildirib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov altıncı şəxsin adının Elşən Abbasov olduğunu və onun da iş adamı olduğunu qeyd edib.(rekord.az)
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...