İşsizliklə bağlı ciddi dəyişikliklər - Baş nazir qərar verdi
Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.
Həmin dəyişikliklər işsizliklə bağlı məsələləri əhatə edir. Dəyişikliklər bundan ibarətdir:
1.1. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Büdcə xərclərinin funksional təsnifatı”na Əlavənin 6.2.1-ci paraqrafı aşağıdakı redaksiyada verilsin:
“6.2.1. “İşsizlik” paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta ödənişləri, işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan işsizlikdən sığorta fondu hesabına maliyyələşdirilən aktiv məşğulluq tədbirləri daxildir.”;
1.2. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:
1.2.1. “212300. İcbari tibbi sığorta” paraqrafından sonra “212400. İşsizlikdən sığorta” paraqrafı əlavə edilsin;
1.2.2. “272180. İşsizliyə görə verilən müavinətlər” paraqrafı “İşsizlikdən sığorta ödənişləri” adlandırılsın;
1.2.3. “272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı “İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” adlandırılsın.
1.2.4. Büdcə xərclərinin iqtisadi təsnifatına Əlavə üzrə:
1.2.4.1. “212000. Əmək haqqına üstəlik” köməkçi bölməsində “və “212300. İcbari tibbi sığorta” sözləri “, 212300. İcbari tibbi sığorta” və “212400. İşsizlikdən sığorta” sözləri ilə əvəz edilsin;
1.2.4.2. aşağıdakı məzmunda yeni paraqraf əlavə edilsin:
“212400. “İşsizlikdən sığorta” paraqrafına işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.”;
1.2.4.3. “270000. “Təqaüdlər və sosial müavinətlər” bölməsinin birinci cümləsindən “işsizlərə,” sözü çıxarılsın və ikinci cümləsində “işsiz vətəndaşlara müavinətlərin” sözləri “işsizlikdən sığorta ödənişlərinin” sözləri ilə əvəz edilsin.”;
1.2.4.4. “272100. Sosial yardımlar üzrə ödənişlər” paraqrafında “işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə” sözləri “işsizlikdən sığorta ödənişləri, həmçinin işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri ilə” sözləri ilə əvəz edilsin;
1.2.4.5. “272180. İşsizliyə görə verilən müavinətlər” paraqrafı aşağıdakı redaksiyada verilsin:
“272180. İşsizlikdən sığorta ödənişləri” maddəsinə işsizlərə ödənilən işsizlikdən sığorta ödənişləri ilə bağlı xərclər daxildir.”.
1.2.4.6. “272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı aşağıdakı redaksiyada verilsin: “272190.
“İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” maddəsinə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri üzrə xərclər daxildir.”.
Qeyd edək ki, dəyişikliklər bu il yanvarın 1-dən artıq qüvvəyə minib.
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...