Millimiz FİFA reytinqində gerilədi
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan yığması bu gün açıqlanan siyahıda bir pillə geriləyib. Komandamız 281 xalla hazırda 118-ci pillədə qərarlaşıb.
İlk onluqda qərarlaşan komandaların mövqeyində ciddi dəyişiklik baş verməyib: 1 (1). Almaniya – 1602; 2 (2). Braziliya – 1483; 3 (3). Portuqaliya – 1358; 4 (4). Argentina – 1348; 5 (5). Belçika – 1325; 6 (6). İspaniya – 1231; 7 (7). Polşa – 1209; 8 (8). İsveçrə - 1190; 9 (9). Fransa – 1183; 10 (10). Çili – 1147.
Qonşu Türkiyə yığması 41-ci pillədə qərarlaşıb. Bir pillə irəliləmiş “ay-ulduzlular”ın hesabında 735 xal var.
Bu ayın ən yaxşı göstəricisi 15 pillə irəliləyərək 174-cü sıraya yüksələn Küveytə məxsusdu. Ən pis göstəriciyə isə Surinam imza atıb - 32 pillə geriləyən bu ölkə 160-cı sıraya düşüb.
Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini fevralın 15-də açıqlayacaq.
-
“Qarabağ” çempionluq matçına çıxır
...
-
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
...
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...
-
Millimizin Ukraynaya məğlubiyyətinin - Videosu
...
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...