İcra Hakimiyyəti hesabat yığıncağı keçirdi
20-ci yaşayış sahəsindəki 162 №-li orta məktəbdə Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsini əhatə edən Səbail RİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.
İH-dən daxil olan xəbərə görə, hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüfər Əhmədzadə bildirib ki, 51.000 nəfər əhali yaşayan və 6510 nəfər məcburi köçkün məskunlaşmış ərazidə ötən il SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışı olub, iyul ayında Yeni Salyan yolu küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün yeni yaşayış binası istifadəyə verilib və ölkə başçısı İlham Əliyev tərəfindən burada 3-cü binanın təməli qoyulub.
Ha¬zır¬da ərazidə Səbail Rayon Prokurorluğunun yeni inzibati binasının tikintisi davam edir.
Ötən il RİH tərəfindən 157 saylı uşaq bağçasının sökülərək müasir layihə əsasında yeni uşaq bağçasının inşasına başlanmış və burada işlər başa çatmaq üzrədir.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. Bidirib ki, RİH tərəfindən rayonun yaşayış məntəqələrində məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcək.
Yığıncaqlarda mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...