Qaradağda 20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüş

23:15 19-01-2018 | icon 2701
Qaradağda 20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüş

Qaradağ rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iştirakçıları və
20 yanvar şəhidinin ailəsini Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab
Süleyman Mikayılov qəbul etmişdir.
Görüşdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri
Aydın Hüseynov da iştirak etmişdir.
20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna
qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
cənab Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini,
onun iradəsinin qırılmadığını bildirdi. O qeyd etdi ki, xalqımızın qan
yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü
kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir
qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi
bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, xalqımızın özünün
yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda
mübarizə əzmini bütün dünyaya bəyan etdi.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə
hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi
kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri
daha dəqiq araşdırıldığını və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə
20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi
qiymətini verdi.
Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək bildirdi ki, 20 yanvar
Azərbaycan tarixinin qanlı səhifəsidir və bu faciə xalqımızın yaddaşında əbədi
qalacaqdır. Dövlət tərəfindən faciə qurbanları və iştirakçılar daim xatırlanacaq
və onlara lazımi diqqət və qayğı göstəriləcəkdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 20
Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onları
narahat edən mövzular ətrafında öz fikirlərini bildirdi. Qaldırılan problemlərin
həlli istiqamətində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman
Mikayılov aidiyyəti üzrə öz tapşırıqlarını verdi.
Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və
ərzaq yardımı göstərildi.


Digər xəbərlər

0.24058699607849