Bakı metrosunda qatar tuneldə qaldı - Sərnişinlər təxliyyə edildi + Yenilənib

23:39 19-01-2018 | icon 3629
Bakı metrosunda qatar tuneldə qaldı - Sərnişinlər təxliyyə edildi + Yenilənib

“Həzi Aslanov” – “Dərnəgül” istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb”.
 
Bu barədə “Qaqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
 
Onun sözlərinə görə, qatarda baş verən nasazlığa görə sərnişinlər “28 May” metrostansiyasında boşaldılıb:

“Saat 18:45-də “Nizami” stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar indi də “28 May”- “Gənclik” stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq”, - deyə N. Paşayev bildirib.

***

Nəsimi Paşayev bildirib ki, qatar xətdən kənarlaşdırılıb və hərəkət bərpa olunub.


Digər xəbərlər

0.27185893058777