Prezidentlə xanımı Şəhidlər Xiyabanını ziyarət etdi - Fotolar

16:11 20-01-2018 | icon 3745
Prezidentlə xanımı Şəhidlər Xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycan prezidenti İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva yanvarın 20-də-Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.

Şəhidlər Xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

 

 











Digər xəbərlər

0.25122308731079