Bakıda iki nəfər dəm qazından zəhərləndi - Biri öldü

20:18 21-01-2018 | icon 3687
Bakıda iki nəfər dəm qazından zəhərləndi - Biri öldü

Bakıda huşsuz vəziyyətdə tapılan iki nəfərdən biri ölüb.

 Naximov küçəsində yerləşən mənzilin mətbəxində paytaxt sakini, 1970-ci il təvəllüdlü Musayev Musa Fərman oğlu və onun dostu Ucar rayon sakini, 1974-cü ildə anadan olmuş Əsgərov Ceyhun Tahir oğlu huşsuz vəziyyətdə aşkarlanıb.

Onların ikisi də xəstəxanaya yerləşdirilib. Lakin C.Əsgərovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hər iki şəxs dəm qazından zəhərlənib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

0.24806499481201