AAAF Park prezidenti işıq və qaz problemindən yazdı: "Ölkə rəhbərinə müraciət ünvanlayacağıq"

00:35 22-01-2018 | icon 4092
AAAF Park prezidenti işıq və qaz problemindən yazdı:

Xırdalanda yerləşən AAAF Park yaşayış kompleksinin sakinləri işıq və qazla bağlı yaranmış problemə görə növbəti dəfə etiraz ediblər.

Satlardır elektrik enerjisi və qaza həsrət qalan insanlar kompleksin rəhbərliyinin ofisinin qarşısına toplaşıblar, eyni zamanda Xırdalan yolunu bağlayıblar.

AAAF Park prezidenti Tofiq Heydərov baş verənlərə özünün sosial şəbəkə hesabı vasitəsilə münasibət bildirib:

"Allah bu saytlardan razı olsun. AAAF parkda bir saatlıq ışıq sönsə, AAAF-ın idmançılarından hansısa hamilə qalsa və ya hansısa xırda problemlər olsa həmin dəqiqə məlumat verirler. Siz olmasanız bəlkə də problemlər mənə gəlib çatmaz. Həqiqətən işıq problemi Xırdalanda böyük bir problemə çevrilib. Biz Quşçuluq fabrikini satın alanda bizə bu obyektin ən güclü işıq stansiyası və kanalizasiya sisteminin mükemmel olduğunu deyib satmışdılar. Ondan sonra yenidən oyunlarla iki ədəd 1600 kv- lıq yarımstansiya tikdirdilər. Xeyiri olmadı ki, olmadı. AAAF parkın ən gözəl obyekti olan olimpiya üzgüçülük hovuzu neçə vaxtı işıq çatışmamazlığından açıla bilmir. İnşaatda kranları sakinlərə görə çalışdıra bilmirik ki işıq zəifləyər. Dəfələrlə icra hakimiyyətində məsələ qaldırmışıq və Baba müəllimin qəbulunda da olmuşam. Nə məsələdirsə başa düşə bilmirəm. Kupça məsələsinə oxşayır bir az. Jurnalistlərimizin sayəsinde artıq bank da lazım olan sənədləri Emlak komitəsinin qeydiyyat şöbəsine təqdim edib. 


O ki, qaldı istilik məsələsinə, sakinlərimizin keçen ildən istixanalara göre qaz idarəsinə 200 000 manatdan artıq borcu qalmışdı. Ayda 30 000 manat ödəməklə şəxsən öz vəsaitim hesabına öhdəçilik götürmüşəm. Bu il də iki ayda 100 000 manata yaxın borc yığılıb və cəmi 15 000 manata yaxın pul ödənilib. Yaxında ödəyə bilməsəm qazı da kəsəcəklər.  Çarəm Allaha dua etməkdir ki, çox soyuq olmasın. Çünki, işıqlar yüklənən və bir az möhkəm külək olan kimi işıqları fasilələrlə keçirirlər. 
Yaxında bütün tanıdığım sahibkarlarla birgə Cənab Prezident İlham Əliyevə rəsmi müraciət ünvanlayacağıq. Allahın köməkliyi ilə her şey yoluna qoyulacaq."

 


Digər xəbərlər

0.25548100471497