“Külli miqdarda pul xərclədik, bu qanun işimizi puç edir” - Video

17:29 22-01-2018 | icon 188
“Külli miqdarda pul xərclədik, bu qanun işimizi puç edir” - Video
loading...

Bildiyimiz kimi, ötən ilin sonunda Azərbaycanda uzun müddət müzakirə olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. 

Qanunun tələblərinə əsasən, tütün məmulatlarının məhdudlaşdırılmasına nəzarət, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi iki qurumun - Fövqəladə Hallar Nazirliyinin (FHN) və Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətinə verilib. İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsində (hava nəqliyyatında) siqaret çəkməyə görə, 100 manat və 305-ci maddədə isə (dəmir yolu nəqliyyatında) 40 manat cərimə nəzərdə tutulur. İXM-in 212.2. maddəsi ilə, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “Siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər. 

“Qafqazinfo” da bu məsələdən yola çıxaraq Bakıda fəaliyyət göstərən bir sıra çay evi və restoranlara baş çəkib qanunun tələblərinə əməl edib-edilməyini araşdırıb. Çəkiliş zamanı məlum olub ki, artıq əksər obyektlərdə “Siqaret çəkmək qadağandır” xəbərdarlığı qoyulub, ancaq bəzi sahibkarlar bu qanunun tələblərindən razı olmadıqlarını bildiriblər. 

Onların sözlərinə görə, hələ qanunun 3 ay müddətində tam qüvvəyə minməsi gözlənildiyinə görə, sahibkarlar da müştərilərə kəskin reaksiya verə bilmirlər.

Sözügedən mövzu ilə bağlı hazırladığımız videomaterialı təqdim edirik:

 

Qafqazinfo.az 


Digər xəbərlər

0.094575166702271