AFFA-nın yalanı: Millimiz kiçik yaşlılara uduzub - Foto

17:30 22-01-2018 | icon 3384
AFFA-nın yalanı: Millimiz kiçik yaşlılara uduzub - Foto

Dünən U-21 yığmamız Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışı çərçivəsində növbəti matçına çıxdı.  AFFA-nın rəsmi saytına inansaq, Rəşad Sadıqovun yetirmələri Albaniyadan olan həmyaşıdlarına uduzdu – 0:1. Daha öncə “Alanyaspor”un U-21 komandasını 3:1 hesabıyla yenən millimiz sabah Gürcüstandan olan həmyaşıdları ilə görüşəcək.

Maraqlıdı ki, U-21-in dünənki oyunu ilə bağlı fərqli xəbərlər alırıq. AFFA bu matçı 21 yaşlıların qarşılaşması kimi təqdim etsə də, sən demə, komandamız daha kiçik yaşlılara uduzub. Albaniya mənbələri bu matçda U-20 komandalarının meydana çıxdığını bildirib.

Bizdə də U-20 komandası olduğundan matçın “müvafiq yaş qrupundan olan millilər” arasında baş tutduğunu iddia edə bilər. Lakin oyuna çıxan heyətdən görürük ki, belə deyil.
Start heyəti: Abdulla Seyidəhmədov, Ömər Buludov, Bəhlul Mustafazadə, Elvin Sərkərov, Sərtan Taşkın, Qismət Alıyev, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Fəhmin Muradbəyli, Mahir Mədətov, Ramil Şeydayev.

Ehtiyat oyunçular: Kamran İbrahimov, Ehtiram Şahverdiyev, İlkin Muradov, Anton Krivotsyuk, Elnur Cəfərov, Ülvü İskəndərov, Murad Qayalı, Nicat Süleymanov, Murad Xaçayev, İlyas Səfərzadə, Xəyal Nəcəfov.

Bu oyunçuların içində hətta yaşı 22-ni keçənlər də var.(futbolinfo.az)


Digər xəbərlər

0.31008291244507