AFFA-nın yalanı: Millimiz kiçik yaşlılara uduzub - Foto
Dünən U-21 yığmamız Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışı çərçivəsində növbəti matçına çıxdı. AFFA-nın rəsmi saytına inansaq, Rəşad Sadıqovun yetirmələri Albaniyadan olan həmyaşıdlarına uduzdu – 0:1. Daha öncə “Alanyaspor”un U-21 komandasını 3:1 hesabıyla yenən millimiz sabah Gürcüstandan olan həmyaşıdları ilə görüşəcək.
Maraqlıdı ki, U-21-in dünənki oyunu ilə bağlı fərqli xəbərlər alırıq. AFFA bu matçı 21 yaşlıların qarşılaşması kimi təqdim etsə də, sən demə, komandamız daha kiçik yaşlılara uduzub. Albaniya mənbələri bu matçda U-20 komandalarının meydana çıxdığını bildirib.
Bizdə də U-20 komandası olduğundan matçın “müvafiq yaş qrupundan olan millilər” arasında baş tutduğunu iddia edə bilər. Lakin oyuna çıxan heyətdən görürük ki, belə deyil.
Start heyəti: Abdulla Seyidəhmədov, Ömər Buludov, Bəhlul Mustafazadə, Elvin Sərkərov, Sərtan Taşkın, Qismət Alıyev, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Fəhmin Muradbəyli, Mahir Mədətov, Ramil Şeydayev.
Ehtiyat oyunçular: Kamran İbrahimov, Ehtiram Şahverdiyev, İlkin Muradov, Anton Krivotsyuk, Elnur Cəfərov, Ülvü İskəndərov, Murad Qayalı, Nicat Süleymanov, Murad Xaçayev, İlyas Səfərzadə, Xəyal Nəcəfov.
Bu oyunçuların içində hətta yaşı 22-ni keçənlər də var.(futbolinfo.az)
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...
-
"Neftçi" İdman Klubunun təmsilçiləri ilin üç ayı ərzində 256 medal qazanıblar
...