Azərbaycan - Kosovo matçının stadionu müəyyənləşdi

17:31 22-01-2018 | icon 3436
Azərbaycan - Kosovo matçının stadionu müəyyənləşdi
Futbol üzrə Azərbaycan və Kosovo yığmaları arasında yoldaşlıq oyununun keçiriləcəyi stadion müəyyənləşib.
 
Fevralın 2-də Antalya toplanışı çərçivəsində baş tutacaq matç "Mardan" stadionunda təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
 
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Moldova yığması ilə də "Mardan" stadionunda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər xəbərlər

0.2822470664978